Azərbaycan Basketbol Liqasında X turun ən yaxşı oyunçusu məlum olub
Azərbaycan Basketbol Liqasında X turun ən yaxşı oyunçusu məlum olub.

Bu ada “Gəncə” ilə matçda 36 xal, 19 ribaundla oynayan “Sabah” klubunun ABŞ-dan olan basketbolçusu Entoni Uilson layiq görülüb.

“Xırdalan”ın oyunçusu Cesse Gi (19 xal, 10 ribaund) ikinci, “Sumqayıt” komandasının basketbolçusu Roderik Smit isə (21 xal, 13 ribaund və 4 məhsuldar ötürmə) üçüncü olub.

Qeyd edək ki, turnir cədvəlinə 19 xalla “Sabah” başçılıq edir. Eyni xala malik “NTD-İndiqo” 2-ci, hərəyə 18 xalı olan “Xəzri” və “Neftçi” komandaları 3-cü və 4-cü yerləri bölüşürlər.

Xəbər 136 dəfə oxundu.