Azərbaycanlı nümayəndə Avropa Kubokunun 1/8 final matçına təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

Mütəxəssis qadın həndbolçulardan ibarət Avropa Kubokunun 1/8 final mərhələsinin oyununu idarə edəcək.

İ. Əsgərov Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Yanvarın 20-də Bodrum şəhərində baş tutacaq görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Xəbər 138 dəfə oxundu.