“Azərreyl” – “Tauron”un ən yaxşısının adı məlum olub
Çempionlar Liqasının qrup mərhələsində baş tutan “Azərreyl” (Azərbaycan) – “Tauron” (Polşa) oyununun ən yaxşısının adı məlum olub. Bakı təmsilçisinin qələbəsi ilə (3:1) Meqan Hodj matçın qəhrəmanı olub.

Amerikalı legionerimiz 21 xalla qarşılaşmanın bombardiri olub. Digər voleybolçularımızdan Manon Flier 15, Debbi Stam 14, Karoline Vensink 11, Sara Anzanello 6 və Milena Radeçka 4 xal toplayıb.

Rəqibin heyətində isə Katarjina Zaroslinska daha inamlı təsir bağışlayıb. O, “Azərreyl”i 18 dəfə cəzalandırıb.

Xəbər 896 dəfə oxundu.