Bu il Azərbaycanda keçiriləcək beynəlxalq turnirlərin siyahısı açıqlanıb
Bu il Azərbaycanda keçiriləcək beynəlxalq turnirlərin siyahısı açıqlanıb.

Ölkədə 51 beynəlxalq yarışın təşkili planlaşdırılır.

İlin ilk yarışı fevralın 7-11-də reallaşacaq badminton üzrə beynəlxalq turnirdir. Bunlardan başqa oktyabrın 17-20-də avarçəkmə üzrə "Mingəçevir reqatası", martın 7-10-da idman gimnastikası üzrə Dünya kuboku, martın 29-31-də bədii gimnastika üzrə Avropa Kuboku, aprelin 4-7-də güləş üzrə Avropa Olimpiya lisenziya turniri, mayın 1-10-da "Baku Open 2024" beynəlxalq şahmat turniri, mayın 5-8-də avarçəkmə üzrə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101‐ci ildönümünə həsr olunmuş "Prezident Kuboku", sentyabrın 13-15-də isə Formula 1 Azərbaycan Qran‐Prisi keçiriləcək.

Turnirlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz:

https://api.mys.gov.az/api/v1/Storages/d4c41d5f-7d42-4150-9a41-6ec613b55e95

Xəbər 169 dəfə oxundu.