Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun tarixi dəyişdirilib
Bu il Azərbaycanda bədii gimnastika üzrə ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirilib.

Yeni formatı ilə fərqlənəcək yarış mayın 3-dən 5-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.

Daha əvvəl Avropa Kubokunun martın 29-31-də keçiriləcəyi açıqlanmışdı.

Turnir Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları təşkil olunacaq. Avropa Kubokunda böyüklərlə yanaşı, gənclər də iştirak edəcəklər.


Xəbər 142 dəfə oxundu.