“Qəbələ” “Araz-Naxçıvan”la qarşılaşacaq
Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən klubların iştirakı ilə növbəti yoxlama oyunu keçiriləcək.

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” və “Araz-Naxçıvan” üz-üzə gələcək.

Komandalar Qəbələ şəhər stadionunda qarşılaşacaq. Matç saat 14:00-da başlayacaq.

Bu, hər iki klubun qış fasiləsində ikinci sınağıdır. “Qəbələ” “Kəpəz”, “Araz-Naxçıvan” isə “Zirə” ilə matçda 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun görüşləri ilə start veriləcək.

Yoxlama oyunu
15 yanvar
14:00. “Qəbələ” – “Araz-Naxçıvan”

Xəbər 158 dəfə oxundu.