Premyer Liqanın liderləri üz-üzə
Azərbaycan Premyer Liqasının liderləri bu gün yoxlama oyununda üz-üzə gələcək.

Mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Qarabağ”la “Zirə” paytaxtda görüşəcək.

Qış fasiləsinə ilk iki pillədə yollanan komandaların dueli Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Bunadək hər iki komanda bir yoxlama matçı keçirib.

“Qarabağ” əvəzedici komandasını 7:2 hesabı ilə məğlub edib. “Zirə” isə “Araz-Naxçıvan”dan güclü olub – 2:1.

Qeyd edək ki, Ağdam klubu mövsümün ikinci yarısına yanvarın 23-də, qəsəbə təmsilçisi isə 22-də start verəcək.

Yoxlama oyunu
15 yanvar
“Qarabağ” – “Zirə”


Xəbər 125 dəfə oxundu.