Qadın voleybolçuların Yüksək Liqasında VIII tur başa çatıb
Qadın voleybolçuların Yüksək Liqasında VIII tura yekun vurulub.

Son oyunda “Gəncə” və UNEC komandaları üz-üzə gəliblər. Tovuz Olimpiya İdman Kompleksində keçirilən matç nominal meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki oyunlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”u 3:0, “Murov Az Terminal” “Azərreyl”i 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 19 xalla “Azərreyl” başçılıq edir. “Abşeron” 18 xalla 2-ci, “Murov Az Terminal” 17 xalla 3-cü, 12 xalla “Gəncə” 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla beşinci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.

Xəbər 127 dəfə oxundu.