Bu il Bakıda bilyard üzrə keçiriləcək yerli yarışların sayı açıqlanıb
Azərbaycan Bilyard Federasiyası (ABF) 2024-cü ildə Bakıda keçiriləcək yerli yarışların siyahısını açıqlayıb.

Bu il paytaxtda səkkiz belə turnir təşkil olunacaq.

60 idmançının iştirak edəcəyi ilin ilk yarışı - “Qarışıq Piramida” növü üzrə ölkə çempionatı olacaq və fevralda start götürəcək. Bundan başqa, martın 9-11-də kişilər və qadınlar arasında “Pool-9” növü üzrə ölkə çempionatı (50 iştirakçı), aprelin 13-15-də “Sərbəst Piramida” növü üzrə ölkə çempionatı (60), mayın 11-13-də 12 və 19 yaşadək idmançılar arasında “Pool-9” növü üzrə ölkə birinciliyi (20), iyulun 13-15-də “Pool 8” növü üzrə ölkə çempionatı (30), avqustun 24-26-da “Dinamik Piramida” növü üzrə ölkə çempionatı (60), sentyabrın 13-15-də “Pool-10” növü üzrə ölkə çempionatı (40), noyabr və ya dekabr ayında isə “Snuker” növü üzrə Azərbaycan çempionatı (30) keçiriləcək.

Qeyd edək ki, yarışlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Xəbər 117 dəfə oxundu.