Kişi voleybolçuların Yüksək Liqasında ilin ilk oyunları keçirilib
Kişi voleybolçular arasında Yüksək Liqada ilin ilk qarşılaşmaları keçirilib.

VIII tura “Neftçi” - MOİK matçı ilə start verilib. “Murov Az Terminal” klubunun idman zalında təşkil olunan görüş “ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun növbəti oyununda “Murov Az Terminal” və “Azərreyl” klubları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan gərgin qarşılaşmada tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Yüksək Liqada “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. Hərəyə 15 xal qazanan “Murov Az Terminal” və “Azərreyl” 2-ci və 3-cü, “Neftçi” 13 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.

Xəbər 121 dəfə oxundu.