“Turan Tovuz” bu gün Rumıniya klubu ilə yoxlama görüşü keçirəcək
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünü keçirəcək.

Baş məşqçi Ayxan Abbasov komandasını Rumıniya klubu “Voluntari” ilə matçda sınayacaq.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan qarşılaşma “Topkapı Sport Center”in meydanında təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.

Xəbər 127 dəfə oxundu.