Azərbaycan millisi növbəti matçına çıxacaq
Azərbaycan millisi bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Berti Foqtsun yetirmələri Belfastda Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
12 min 950 tamaşaçı tutumuna malik “Vindzor Park” stadionunda keçiriləcək görüş hər 2 komanda üçün ilin son matçı olacaq. Şimali İrlandiya 3 oyunda 2, yığmamız isə 1 xal qazanıb.
Oyunu ukraynalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Şvetsov olub.
DÇ-2014
Seçmə mərhələ
14 noyabr
Şimali İrlandiya – Azərbaycan
Şimali İrlandiya (Gözlənilən heyət): Roy Kerroll, Aaron Hyuz (k), Rayan Makqivern, Qaret Makoli, Şeyn Ferqyuson, Nayall Makginn, Kris Beyrd, Stiven Devis, Kris Brant, Din Şilz, Kayl Lafferti.
Azərbaycan (Gözlənilən heyət): Səlahət Ağayev, Mahir Şükürov, Ruslan Abışov, Maksim Medvedev, Vladimir Levin, Aleksandr Çertoqanov, Əli Gökdəmir, Vaqif Cavadov, Cihan Özkara, Branimir Subaşiç, Vüqar Nadirov.
Hakimlər: Viktor Şvetsov, Aleksandr Kornıyko, Oleq Plujnik, Anatoli Abdula (Ukrayna).
Hakim-inspektor: Günter Benkö (Avstriya).
UEFA nümayəndəsi: Tomas Qrimm (İsveçrə).
Belfast. “Vindzor Park” stadionu. Saat 23.45.

Xəbər 918 dəfə oxundu.