Sabah millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasının start heyəti məlum olub
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasının start heyəti məlum olub. Maykl O’Nil komandamız önünə 4-4-1-1 taktiki sxemi ilə çıxacaq.
İrlandiyalı həmkarlarımızın iddiasına görə, yığmamız bu görüşə 4-4-2 taktiki sxemi ilə çıxacaq. Ancaq onların tərtib etdiyi “start 11-lik”də Mahir Şükürovun da yer alması bu iddianın həqiqəti əks etdirmədiyini deməyə əsas verir.
Üstəlik, yarımmüdafiədə Cihan Özkaraya, hücumda isə Vüqar Nadirova “şans tanınması” millimizin start heyətinin yanlış olmasını demək üçün kifayət edir. Hər halda hər iki “11-lik”lə tanış olmağa dəyər:
Şimali İrlandiya (4-4-1-1): Roy Kerroll – Aaron Hyuz (k), Rayan Makqivern, Qaret Makoli, Şeyn Ferqyuson – Nayall Makginn, Kris Beyrd, Stiven Devis, Kris Brant – Din Şilz – Kayl Lafferti.
Azərbaycan (4-4-2): Səlahət Ağayev – Mahir Şükürov, Ruslan Abışov, Maksim Medvedev, Vladimir Levin – Aleksandr Çertoqanov, Əli Gökdəmir, Vaqif Cavadov, Cihan Özkara – Branimir Subaşiç, Vüqar Nadirov.

Xəbər 944 dəfə oxundu.