Bu gün “Bakı-Azəryol” CEV kubokunun 1/8 final mərhələsində ilk matçına çıxacaq
Bu gün “Bakı-Azəryol” CEV kubokunun 1/8 final mərhələsində ilk matçına çıxacaq. Bakı təmsilçisi Almaniyanın “Rote Raben” klubu ilə münasibətinə aydınlıq gətirəcək.

Komandamızın Almaniya səfərindən qələbə ilə dönməsi inandırıcı görünmür. Çünki rəqib kifayət qədər güclüdür və hazırda yaxşı formadadır.

Amma hər halda voleybolçularımız Vilsbiburqda qələbə qazanarsa, bu sensasiya da olmayacaq. Stabil çıxış etməyən klubdan hər 2 nəticəni gözləməyə dəyər. Hər halda cütün qalibi Bakıda müəyyənləşəcək ki, “Bakı-Azəryol” də bundan lazımınca yararlana bilər.


CEV kuboku
1/8 final, ilk oyunlar

14 noyabr
23:00. “ROTE RABEN” (ALMANİYA) - “BAKI-AZƏRYOL” (AZƏRBAYCAN)
Hakimlər: Domromir Dobrev (Bolqarıstan), Koen Luts (Belçika)
Vilsbiburq, Ballsporthalle

Qeyd edək ki, “Bakı-Azəryol” ilk mərhələdə Sloveniyanın “Maribor” klubunu mübarizədən kənarlaşdırıb.

Xəbər 850 dəfə oxundu.