Azərbaycan Premyer Liqası: 180 oyunda 469 qol
2023-cü ildə Azərbaycan Premyer Liqasında 469 qol vurulub.

2022-2023-cü illər mövsümünün ikinci, 2023-2024-cü illər mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib.

Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb. “Şamaxı” ötən, “Araz-Naxçıvan” cari çempionatda 18 görüşə çıxıb. Digər komandalar 36 qarşılaşmada iştirak edib.

İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicilərini 21 xal qabaqlayır.

“Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.

Xəbər 185 dəfə oxundu.