Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafina dair dövlət proqramının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında dövlət qayğısı nəticəsində bir sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək, futbolun elmi-metodiki və normativ-hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq icra orqanları ilə birlikdə bu Sərəncamla təsdiq olunmuş (2005-2015-ci illər) futbolun inkişafına dair Dövlət Proqramından irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 oktyabr 2005-ci il

Xəbər 1141 dəfə oxundu.