Həndbol üzrə Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib | |
Həndbol üzrə Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib. Qadınların “AHF Arena”da keçirilən görüşlərində əvvəlcə “İdman Akademiyası” ilə “Bakı” üz-üzə gəlib. Nominal ev sahibinin üstünlüyü ilə yaddaqalan oyun 35:22 hesabı ilə başa çatıb. “Qarabağ” - “Kür” matçı daha gərgin mübarizə şəraitində keçib. Mingəçevir həndbolçularının ciddi müqavimətinə baxmayaraq pərəstişkarlarını sevindirən “Qarabağ” ardıcıl 6-cı qələbəsini rəsmiləşdirib - 29:25. “Azəryol” isə növbəti uğurlu nəticəni “Gənclər Birliyi” ilə oyunda qazanıb. Komandalar arasındakı aşkar səviyyə fərqi tabloda da əksini tapıb – 5:57. Kişilərin mübarizəsində 6-cı tura “İdman Akademiyası” – “Bakı” görüşü ilə start verilib. Daha inamlı oyun göstərən paytaxtın eyniadlı komandası matçı 37:20 hesablı qələbə ilə başa vurub. “Azəryol” – “Təhsil” görüşündə birincilər üstünlüklərini 10 xallıq fərqlə büruzə veriblər 39:29. “Qarabağ” isə “Dinamo” ilə oyunda qarşıya qoyulan tapşırığı yerinə yetirib – 48:32. |
|
Xəbər 202 dəfə oxundu. |
|
|