Çövkən üzrə Prezident Kubokunda növbəti oyunlar keçirilib | |
Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunda üçüncü yarış günü başa çatıb. Binə Atçılıq Mərkəzinin qapalı manejində reallaşan turnirin ikinci günündə dörd görüş keçirilib. İlk oyunda “Polad” komandası “Köhlən”i 4-0 hesabı ilə məğlub edib. İkinci matçda “Sərhədçi-Qarabağ” “Şirvan" komandasına 5 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə “Omar” “Zəfər” üzərində 6:0 hesablı qələbə qazanıb. Günün mərkəzi qarşılaşmasında isə “Sərhədçi-Dilbaz” “Embavood”u üstələyib - 3-0. Qeyd edək ki, çövkən üzrə Prezident Kubokuna dekabrın 24-də yekun vurulacaq. |
|
Xəbər 160 dəfə oxundu. |
|
|