Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib | |
Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunda ikinci yarış günü başa çatıb. Binə Atçılıq Mərkəzinin qapalı manejində reallaşan turnirin ikinci günündə dörd görüş keçirilib. İlk oyunda “Sərhədçi-Qarabağ” komandası “Köhlən”i 4-1 hesabı ilə məğlub edib. İkinci matçda “Polad” “Şirvan" komandasına 5 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə “Sərhədçi-Dilbaz” “Zəfəri”ı üstələyib - 5-1. Günün mərkəzi qarşılaşmasında isə “Omar” və “Embavood” üz-üzə gəlib. Oyun 1-1 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, çövkən üzrə Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq. |
|
Xəbər 137 dəfə oxundu. |
|
|