Azərbaycan cüdoçusu Açıq Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Kosovonun paytaxtı Priştinada cüdo üzrə Açıq Avropa çempionatı start götürəcək.

Yarışda Azərbaycanı kişilər arasında Hidayət Heydərov təmsil edəcək.

73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayacaq. Üçqat Avropa çempionu ilk görüşündə Xusniddin Kərimov (Çexiya) / Ferdinand Karapetyan (Ermənistan) cütünün qalibi ilə qarşılaşacaq.

Yarış Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Xəbər 142 dəfə oxundu.