Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək.

Günün yeganə qarşılaşmasında “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq matç saat 18:00-da start götürəcək.

“Boz qurd”lar hazırda 16 xalla səkkizinci, “qartallar” isə 29 xalla ikinci yerdə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XVII tur

16 dekabr (şənbə)

18:00. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elman Musayev

Tovuz şəhər stadionu.

Qeyd edək ki, tura dekabrın 18-də "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Əvvəlki görüşlərdə "Səbail" "Qəbələ"yə 3:0, "Araz-Naxçıvan" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - "Sumqayıt" qarşılaşması isə qollu heç-heçə ilə başa çatıb - 1:1.

Xəbər 169 dəfə oxundu.