Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İK Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri və I divizionun sonuncu turunda baş verənlər barəsində müvafiq qərarlar çıxarıb.
09 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun təxirə salınmış “Neftçi” – “Kəpəz” matçının 26-cı dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Eşqin Quliyevlə, “Kəpəz” klubunun 9 №-li futbolçusu Ziyabil Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır, klublar 2000 manat cərimə olunur (maddə 38.3).
10 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun IX turunun “Tərəqqi” – “Şuşa” matçında “Tərəqqi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
10 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun IX turunun MOİK – “Qaradağ Lökbatan” matçının 74-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 №-li futbolçusu Natiq Əkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 74-cü dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Ramin Tanrıverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra matçın protokolunda “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Novruz Ələkbərovun hakimi təhqir etməsi göstərilmişdir. Lakin müzakirələr zamanı belə halın baş vermədiyi aşkar edildiyi üçün futbolçuya göstərilmiş qırmızı vərəqə ləğv edilir (maddə 19).
Oyun başa çatdıqdan sonra “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.
11 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun IX turunun “Lokomotiv” – “Şəmkir” matçının 20-ci dəqiqəsində “Lokomotiv” klubunun 1 №-li futbolçusu Ələkbər Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Xəbər 883 dəfə oxundu.