AFFA İşçi Qrupunun tərkibi bəlli olub
AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün yaradılan İşçi Qrupunun tərkibi açıqlanıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri olub.

Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov isə üzv təyin ediliblər.

Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.

Xəbər 130 dəfə oxundu.