Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanaraq liderliyə yüksəlib
Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.

Son matçda "Şəki" "Sabah"ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 101:76 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah" bu qələbədən sonra xallarının sayını 13-ə çatdırıb və liderliyə yüksəlib. "Şəki" 7 xalla sonuncu - 10-cu yerdədir.

Xəbər 172 dəfə oxundu.