İvan Stoitsov müəyyən müddət komandamıza kömək edə bilməyəcək
Azərbaycan millisinin ağır atleti İvan Stoitsov (85 kq) müəyyən müddət komandamıza kömək edə bilməyəcək. Milliləşdirilmiş legioner ayağından əməliyyat olunub.

Bu səbəbdən də onun 8 ay podiumdan kənar qalacağı dəqiqləşib. Bundan sonra hazırlığa başlayacaq Stoitsov məşqçilər heyətinin ümidlərini doğruldacağı halda əsas komandadakı yerini təmin edəcək.

Qeyd edək ki, İvanın adı London Olimpiadasına yollanacaq yığmamızın heyətinə salınsa da, həmin vaxt da Sərdar Həsənovla (69 kq) əvəzlənmişdi.

Xəbər 1154 dəfə oxundu.