Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada keçirilən atçılığın dresaj növündə 2 medal qazanıb.

Moskvada “Maksima Masters Avrasiya Kuboku”nun finalı və “Maksima Masters Avrasiya Ulduzları” mərhələ yarışları təşkil olunub.

A.Əlibəyov ilk gündə “Prix Saint George” kateqoriyasında gümüş, ikinci gündə isə “Intermediate 1” kateqoriyasında qızıl medal əldə edib.

Xəbər 144 dəfə oxundu.