Bu gün Çempionlar Liqasının qrup mərhələsinin III turuna start veriləcək
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin III turuna start veriləcək. Azərbaycan klublarından öncə mübarizəyə “Rabitə” başlayacaq.

Polşada “Atom”un qonağı olacaq təmsilçimiz üçün bu qarşılaşmanın asan keçməyəcəyini proqnozlaşdırmaq olar. Çünki Sopot təmsilçisi doğma divarlar arasında daha yaxşı təsir bağışlayır. Bununla belə, komandamız rəqibinə güzəştə getməyəcək.

Səfər qələbəsini qazanacağı təqdirdə, “Rabitə” I dövrəni lider kimi başa vuracaq.

Qrupumuzun digər matçında “Villa Kortese” (İtaliya) “Agel”lə (Çexiya) qarşılaşacaq.


Çempionlar Liqası
III tur

B qrupu
13 noyabr
21:00. “Atom” (Polşa) - “Rabitə” (Azərbaycan)
Hakimlər: Romeo Marin Nikolae (Rumıniya), Flipp Vericke (Fransa)
Sopot, Hala Eqro Arena

Xəbər 844 dəfə oxundu.