Hafiz Verdiyev DÇ-nin qızıl medalını qazanıb
Noyabrin 5-dən 12-dək ABŞ-ın Las Veqas şəhərində pauerliftinq üzrə dunya çempionatı keçirilib. Turnirdə ölkəmiz də təmsil olunub.Özü də Azərbaycan yıgma komandasının üzvü, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Hafiz Verdiyev DÇ-nin qızıl medalını qazanıb. Hafiz eyni zamanda gənclər arasında mütləq dünya çempionu adına layiq görülüb.
Bu mötəbər yarışa 5 idmançı ilə qatılan Azərbaycan pauerliftinqçilərindən Azər Əliyev 4-cü, Giraf Əliyev 5-ci, İbrahim İbrahimov isə 6-cı yeri tutub.

Xəbər 2738 dəfə oxundu.