Zlatan İbrahimoviç növbəti dəfə ölkəsində fərqləndirilib
İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə ölkəsində fərqləndirilib. 31 yaşlı hücumçu ardıcıl 6-cı dəfə ilin ən yaxşısı seçilib. O, mükafatını Stokholmda alıb.

Belə ki, hazırda Fransa PSJ-sinin şərəfini qoruyan Zlatan ilk dəfə bu ada 2005-ci ildə layiq görülüb. 1 il sonra hücumçu “kölgədə” qalsa da, bundan sonra onu qabaqlayan olmayıb.

Qeyd edək ki, 2006-cı ildə İsveçin ən yaxşı futbolçusu adı Freddi Yunqberqə nəsib olub.

Xəbər 930 dəfə oxundu.