Qrant MakKannın heyətdən çıxarılmasının səbəbi bilinib
Şimali İrlandiya yığmasının yarımmüdafiəçisi Qrant MakKannın heyətdən çıxarılmasının səbəbi bilinib. 32 yaşlı futbolçunun həyat yoldaşının hamiləliyi ağırlaşdığı üçün “Piterboro Yunayted”in üzvü məşqçidən icazə alıb.

Maykl O’Nil isə onun komandadan ayrılmasına icazə verib. Beləliklə, futbolçu yaşadığı İngiltərəyə qayıdıb.

Qeyd edək ki, O’Nil onun yerinə heç kimi yığmaya çağırmayıb. Ancaq zədəlilər – Conni Evans, Endi Litl, Aleks Bryus və Ceymi Uordun yerinə Billi Makkey, Denni Lafferti və Rayan Maklaflinə dəvət göndərilib.

Xəbər 891 dəfə oxundu.