İsveçrədə 1-ci olduq
İsveçrənin açıq çempionatında iştirak edən Azərbaycan milli komandası Vətənə qələbə ilə dönüb. Taekvondo Federasiyasından idman.com.az-a verilən məlumata görə, Lozanna şəhərində olimpiya çəki dərəcəsi üzrə keçirlmiş yarışda dayanq ustalarımız 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Tamaşaçılar 80 kq-da Azərbaycan finalını izləyiblər. Dünya çempionatının bürünc mükafatçısı Ramin Əzizov həlledici döyüşdə Elvin Məmmədovu üstələyib. Fariz Əliyev (68 kq) də 2-ci yerə çıxıb. Bürünc mükafat Günay Ağakişiyevaya (57 kq) nəsib olub.

Qeyd edək ki, baş məşqçi Ələkbər İmaməliyevin rəhbərlik etdiyi kollektiv «A» kateqoriyalı turnirlərdə kişilər arasında ilk dəfə belə yükək nəticə göstəriblər. Komanda hesabında millimiz 1-ci pilləni tutub.

Xəbər 1283 dəfə oxundu.