İspaniya milli komandasının yeni forması hazırlanıb
İspaniya milli komandasının yeni forması hazırlanıb. 2013-cü ildə Panamada keçiriləcək Konfederasiya Kubokunda istifadə olunması planlaşdırılan formanın sinə hissəsində böyük “V” yazılıb.
Son illərdə Avropada yüksək nəticələr əldə edən ispanlar rəqiblərinə bununla mesaj yollayacaq. Həm Avropa, həm də Dünya çempionatında rəqib tanımayan milli komanda Konfederasiya Kubokunu da qazanmaq istəyir. Verilən mesajda “Öz uğurlarını rəqiblərininkindən kiçik görmə. Sənin qazandıqların da dəyərlidi” fikirləri çatdırılır.
İspaniya milli yığmasının yeni forması noyabrın 13-də satışa çıxarılacaq.

Xəbər 963 dəfə oxundu.