“Kəpəz” bu gün “Simurq”la gücünü sınayacaq
Topaz Premyer Liqada yaranmış fasilədən maksimum yararlanan “Kəpəz” bu gün “Simurq”la gücünü sınayacaq. Mingəçevirdəki Yaşar Məmmədzadə adına şəhər stadionundakı matçın başlanma vaxtı artıq məlumdur. Bölgə təmsilçiləri saat 15:00-da üz-üzə gələcək.

Bundan başqa, qarşılaşmanı idarə edəcək hakimlərin də adına aydınlıq gəlib. Matçı gəncəli hakimlər briqadası idarə edəcək. Belə ki, görüşün baş hakimi Rəşad Abbasov olacaq. Ona laysmanlar - Qəzənfər Məmmədov və Səfər İsmayılov kömək edəcək.

Xəbər 878 dəfə oxundu.