Bakıda keçirilən ultramarafon qaçışının qalibləri mükafatlandırılıb
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə ultramarafon qaçışının mükafatlandırma mərasimi keçirilib.

İştirakçılara mükafatları Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.

Gecə saat 03:00-da start götürən ultramarafonda kişilər arasında Üzeyir Söylemez, qadınlar arasında isə Leyla Abdinova birinci yerin sahibi olub.

Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub.

Xəbər 146 dəfə oxundu.