Azərbaycanla Banqladeş arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə edilib
Gənclər və idman naziri Fərid Qayıbov Banqladeşdə səfərdədir.

F. Qayıbov səfər zamanı banqladeşli həmkarı Zahid Ahsan Russel ilə görüşüb.

Görüşdə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkələr arasında təcrübə mübadiləsinin gələcək perspektivləri müzakirə edilib.

Xəbər 143 dəfə oxundu.