Qadın voleybolçular arasında Koreya çempionatında III turun oyunları keçirilib
Qadın voleybolçular arasında Koreya çempionatında III turun oyunları keçirilib. Tur çərçivəsində Azərbaycan millisinin üzvü Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” evdə İBK ilə qarşılaşıb.

Matç təmsilçimizin komandası üçün uğurlu alınmayıb. Onlar 1:3 (22:25, 29:31, 25:14, 29:31) hesabı ilə uduzublar. Ağayeva görüşdə 29 xal qazanıb.

Qeyd edək ki, ilk turda qələbə qazanan “Hyundai” bundan öncəki turda da məğlubiyyət acısı yaşamışdı.

Xəbər 915 dəfə oxundu.