Çağırış Kuboku: “Xarı Bülbül” 1/16 finalda ilk matçını keçirəcək
Bu gün Çağırış kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül” 1/16 final mərhələsində ilk oyununa çıxacaq.

Şuşa təmsilçisi Bakıda Yunanıstanın “Panathinaikos” klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da Voleybol Mərkəzində baş tutacaq. Komandalar arasında ikinci oyun isə noyabrın 29-da Yunanıstanda keçiriləcək.

“Xarı Bülbül” Çelenc kubokunun ilk turunda Slovakiyanın “Spartak” klubuna hər iki görüşdə qalib gəlib (3:0, 3:1).

Xəbər 124 dəfə oxundu.