Azərbaycan voleybol millisi bu gün növbəti oyununu keçirəcək
Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirəcək.

Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışda Azərbaycan Ukrayna ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Ötən gün Latviya kollektivi ilə qarşılaşan yığmamız 0:3 (25:14, 25:6, 25:9) hesabı ilə məğlub olub. Noyabrın 26-dək davam edəcək çempionatda Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv Gürcüstan, Litva, Estoniya və Polşa komandalarına qarşı da mübarizə aparacaq.

“Avro-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər 162 dəfə oxundu.