Dünya çempionatında və olimpiya oyunlarında kimlər iştirak edə bilər?
Lozannada Beynəlxalq Voleybol Federasiyasının (FIVB) inzibati şurasının 3 gün davam edən iclasında 2014-cü ildə İtaliya və Polşada keçiriləcək qadın və kişi voleybolçuların dünya çempionatına yeni seçim qaydaları müəyyən olunub. Final turnirinin 24 komandasından 23-ü seçmə mərhələsini keçməlidir. Ötən çempionatın qalibi final mərhəsinə birbaşa daxil olur. Final mərhələsi dörddəbir və yarımfinal qaydası ilə keçiriləcək. Qitələrin təmsil olunma formatı əvvəlki kimi saxlanılır.
İclasda 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarına seçim qaydası da təsdiqlənib. Olimpiadada təmsil olunacaq 12 komanda (həm kişi, həm də qadın) arasına ev sahibi olan ölkə voleybolçuları ilə 5 qitə çempionu və ya qitə seçmə turnirlərinin qalibləri, dünya kubokunun 2 ən yaxşı komandası və qitələrarası seçmə turnirlərinin 4 qalibi daxil olacaq.
FIVB-nın növbəti konqresi 2012-ci ilin sentyabrında ABŞ-da keçiriləcək.

Xəbər 1343 dəfə oxundu.