Marneulidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şahmat turniri keçirilib
Gürcüstanın Marneuli şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.

Turnirdə 24 uşaq və yeniyetmə bilik və bacarığını nümayiş etdirib.

Oyunları gürcü idman ustası David Xizinaşvili idarə edib.

Azyaşlı soydaşlarımızdan Amar Nasibov I, Ayxan Əsgərov ll, gürcü Mate Kiparoidze lll, yeniyetmələrdən ibarət olan digər yarımqrupda Turan Həsənov I, Əli Əliyev ll, Onur Əsgərov isə lll yerə çıxıblar.

Turnirin yekununda qaliblərə diplom və medallar təqdim olunub.

Qaliblər, həmçinin noyabrın 26-da Azərbaycan, Gürcüstan, Türkiyə və Pakistan komandaları arasında keçiriləcək 16 yaşa qədər şahmatçılardan ibarət onlayn şahmat turnirində Gürcüstan komandasını təmsil etmə hüququ qazanıblar.

Xəbər 120 dəfə oxundu.