«Milana getməyəcəyini kim söylədi?»
Xosep Quardiolanın meneceri ispan mütəxəssisin gələcəkdəki ola biləcək yeni komandasıyla əlaqədar şərhlər verib. Onun sözünə görə, «Barselona» ilə böyük uğurlar əldə etmiş Quardiola ilə «Milan», «Mançester Siti və «Çelsi» yaxından maraqlanır.

İdman.com.az saytının məlumatına görə, menecer Quadiolanın gələn mövsümdən «Milan»ı çalışdıra biləcəyinə işarə edib: «Milan»a getməyəcəyini kim söylədi ki?»

«Milan» rəhbərliyi və Quardiolanın qardaşının təkzibinə baxmayaraq, görüşmələrin sürdüyünü dilə gətirən menecer «Onun meneceri qardaşı deyil, mənəm. Klub vitse-prezidenti Adriano Qalliani ilə tez-tez görüşürəm. «Milan» variantlarımızdan biridi» - söyləyib.

Xəbər 1049 dəfə oxundu.