Azərbaycan – Ermənistan: 6:1
Rusiya paytaxtında keçirilən Avropa Millətlər Kubokunda dünən mübarizəyə yunan-Roma güləşçiləri qoşulublar. İdman.com.az xəbər verir ki, püşkatmaya əsasən, bahadırlarımız Ukrayna və Ermənistan komandaları ilə eyni qrupda yer alıb. Hər 2 görüşdə yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi finala vəsiqə qazanıb.

Bu qələbədə düşmən ölkə ilə görüşü xüsusi qeyd etmək lazımdır. Prinsipial qarşılaşmada pəhləvanlarımız rəqibinə böyük üstünlüklə qalib gəliblər – 6:1! Halbuki Ermənistan komandası yunan-Roma güləşində aparıcı ölkələrdən sayılır.

Digər yarımqrupda Rusiya, Bolqarıstan və Macarıstan kollektivləri mübarizə aparıblar. Finalda seçməmizin rəqibi elə meydan sahibləri olacaq. Həlledici qarşılaşma bu gün saat 12.00-da başlayacaq.

Avropa Millətlər Kubokunda ölkəmizi böyük məşqçi Şaban Donad və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev, Rəsul Çunayev (hər ikisi - 66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edirlər. Qrup mərhələsi

AZƏRBAYCAN - UKRAYNA 4:3

55 kq. Orxan Əhmədov - Yuriy Koval (3:0, 1:0)
60 kq. Sakit Cəlilov - Konstantin Balitskiy (3:0, 3:0)
66 kq. Həsən Əliyev - Denis Demyankov (1:0, 1:0)
74 kq. Elvin Mürsəliyev - Dmitro Pışkov (3:0, 1:0)
84 kq. Rafiq Hüseynov - Jan Belenyuk (0:1, 1:2)
96 kq. Araz Həsənov - Sergey Rutenko (0:1, 0:1)
120 kq. Zaur Mehrəliyev - Yevgeniy Orlov (0:1, 0:2)

AZƏRBAYCAN - ERMƏNİSTAN 6:1

55 kq. Orxan Əhmədov - Qevorq Qəribyan (1:0, 2:0)
60 kq. Sakit Cəlilov - Avik Qriqoryan (1:0, 1:0)
66 kq. Rəsul Çunayev - Saakyan (2:0, 0:1, 3:0)
74 kq. Elvin Mürsəliyev - Karapet Çalyan (2:1, 0:3, 1:0)
84 kq. Rafiq Hüseynov - Minasyan (0:3, 4:0, 5:0)
96 kq. Araz Həsənov - Artur Aleksanyan (0:1, 0:2)
120 kq. Zaur Mehrəliyev - Vaçik Yeğizaryan (1:0, 1:0)

Xəbər 1051 dəfə oxundu.