Çağırış Kuboku: "Azərreyl" İspaniya klubuna qalib gəlib
Azərbaycan Dövlət İnformasiya Agentliyi
İDMAN
Çağırış Kuboku: "Azərreyl" İspaniya klubuna qalib gəlib
09.11.2023 [21:45]
A+ A-
Bakı, 9 noyabr, AZƏRTAC

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi 1/16 finalda İspaniyanın “Avarka de Menorka” komandası ilə qarşılaşıb.

Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların üstünlüyü ilə başlayıb və rəqib ilk setdə 25:23 hesabı ilə qalib gəlib. Lakin "Azərreyl" sonradan təşəbbüsü ələ alıb və ikinci hissədə 25:15 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Növbəti setlərdə (25:19, 25:23) də üstünlüyü əldən verməyən komanda meydandan qalib ayrılıb - 3:1.

Qeyd edək ki, cavab matçı bir həftə sonra İspaniyada baş tutacaq.

Xəbər 205 dəfə oxundu.