Çempionlar Liqası: İki komanda 1/8 finala vəsiqəni təmin edib, "Barselona" və PSJ uduzub
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

İlk oyun günündə səkkiz qarşılaşma keçirilib.

E qrupunda “Atletiko” İspaniyada Şotlandiya “Seltik”ini 6 cavabsız qolla darmadağın edib. “Latsio” isə İtaliyada Niderland “Feyenoord”unu minimal hesabla üstələyib.

F qrupunda İngiltərə “Nyukasl”ı Almaniyada Dortmund “Borussiya”sına, Fransa PSJ-si isə İtaliyada “Milan”a uduzub.

G qrupunda İngiltərənin “Mançester Siti” və Almaniyanın "Leyptsiq" komandaları 1/8 finala vəsiqəni təmin ediblər. Onlar buna, müvafiq olaraq, İsveçrə “Yanq Boyz”u və Serbiya “Srvena Zvezda”sına qalib gələrək nail olublar.

Nəhayət, H qrupunda İspaniya “Barselona”sı gözlənilmədən səfərdə Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna uduzub. "Portu" isə Portuqaliyada Belçika "Antverpen"i üzərində qələbə qazanıb.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

E qrupu

00:00. “Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya) - 6:0

00:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland) - 1:0

Xal durumu: "Atletiko” – 8, “Latsio” – 7, "Feyenoord” – 6, “Seltik” - 1.

F qrupu

21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə) - 2:0

00:00. “Milan” (İtaliya) – PSJ (Fransa) - 2:1

Xal durumu: "Borussiya” – 7, PSJ - 6, "Milan" - 5, Nyukasl” – 4.

G qrupu

00:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) - 3:0

00:00. “Srvena Zvezda” (Serbiya) – “Leyptsiq” (Almaniya) - 1:2

Xal durumu: “Mançester Siti” – 12, “Leyptsiq” – 9, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.

H qrupu

21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya) - 1:0

00:00. “Portu” (Portuqaliya) – “Antverpen” (Belçika) - 2:0

Xal durumu: “Barselona” – 9, “Portu” – 9, “Şaxtyor” – 6, “Antverpen” - 0.

Qeyd edək ki, A, B, C və D qruplarının oyunları bu gün keçiriləcək.

Xəbər 205 dəfə oxundu.