«Çelsi»dən transfer xəbərləri
«Çelsi»dən «Vest Hem»in icarələdiyi israilli yarımmüdafiəçi Yossi Benayun yaxın vaxtlarda tam hüququ ilə qarşı tərəfə veriləcək. Əldə olunan razılığa əsasən, 32 yaşlı futbolçu «Vest Hem»ə 2 milyon funta başa gələcək.
Əvvəllər «Yuventus» və «Mançester Siti»nin ovuna çıxdıqları «Fluminense»li müdafiəçi Uolles Santos Oliveyra ilə bağlı isə «Çelsi» braziliyalılarla razılıq əldə edib.

İdman.com.az saytının məlumatına görə, yaxın vaxtlarda tərəflərin növbəti görüşü olacaq. Transferin 4,5 milyon funta başa gələcəyi güman edilir.
«Çelsi» Fernando Torresi əvəzləyəcək hücumçunu da axtarır. Namizədlər «Atletiko»dan Radamel Falkao və «Marsel»dən Loik Remidi. Yanvarda hər ikisinin əldə ediləcəyi də istisna deyil.

Xəbər 5753 dəfə oxundu.