"Gəlin birlikdə qaçaq" şüarı ilə kütləvi qaçış yarışı keçirilib
Noyabrın 5-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllıda "Heydər Əliyev İli"nə həsr olunmuş "Gəlin birlikdə qaçaq" şüarı ilə kütləvi qaçış yarışı keçirilib. Tədbirdə paytaxt təmsilçiləri ilə yanaşı, Sumqayıt, İsmayıllı, Şamaxı, Göyçay və Neftçaladan 300-ə yaxın iştirakçı mübarizə aparıb. Yarışda 7 yaş kateqoriyası üzrə kişi və qadınlar arasında müxtəlif məsafələrə qaçışda qaliblər müəyyənləşib.

Xəbər 150 dəfə oxundu.