"Neftçi" ilk qələbəsini regionda qazanıb | |
Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub. İlk turda məğlub olmuş "Neftçi" səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb. Oyun paytaxt klubunun 90-56 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 38 xal, 8 ribaund), "Neftçi" (Maykl Karter - 19 xal, 4 ribaund). Qeyd edək ki, ikinci turun son oyunu ( "Şəki" - "Sərhədçi") noyabrın 5-də keçiriləcək. |
|
Xəbər 140 dəfə oxundu. |
|
|