«Neftçi» evdə də «Rubin»ə uduzdu
Bakının «Neftçi» klubu bu gün Avroliqanın qrup mərhələsində 4-cü görüşünə çıxıb. İdman.com.az saytının məlumatına görə, 7-qat ölkə çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Kazanın «Rubin» komandasını qəbul edib. Yer aldığı «H» qrupunda cəmi 1 xal toplayan «Neftçi» üçün bu matç mühüm əhəmiyyət kəsb edir. Çünki «ağ-qaralar» qalib gəlməyəcəyi halda, növbəti mərhələyə keçmək şansını tamam itirəcəkdilər.

Baş məşqçi Böyükağa Hacıyev oyundan qabaq keçirilmiş mətbuat konfransında məqsədlərini yalnız qələbə olduğunu desə də, görüşün gedişi bunun əksini göstərib. Kazanda olduğu kimi, erkən qol vuran «Rubin» üstünlüyünü sonadək qoruyub.

Düzdür, flaqman «yaşıl-qırmızılar»a müqavimət göstərib. Amma hücumlar yekunda öz kəsərini tapmayıb. Avroliqanın qrup mərhələsində 2-ci ev matçını da uduzan «Neftçi», Serbiya «Partizan»ı ilə birgə autsayderdir.
«Ağ-qaralar»ın azarkeşləri üzməmək üçün son şansı qalıb. Bunun üçün, bayraqdar bu mərhələdə 1 xal qopardığı «Partizan»ı doğma divarlar arasında mütləq məğlub etməlidir.

Xəbər 1104 dəfə oxundu.