Dövlət qurumları arasında basketbol turnirinin açılışı olub
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında 3x3 basketbol turnirinin açılış mərasimi keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Daha sonra 3x3 basketbol turnirində iştirak edən komandalar ictimaiyyətə təqdim olunub.

Turnirdə Minatəmizləmə Agentliyi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Miqrasiya Xidməti, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Hava Yolları, Energetika Nazirliyi, Elm və Təhsil Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, SOCAR, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Beynəlxalq Bank, Elm və Təhsil Nazirliyinin əməkdaşları iştirak edirlər.

Qeyd edək ki, turnir iki gün davam edəcək.

Xəbər 164 dəfə oxundu.