Millətlər Liqası: Azərbaycan millisi Monteneqro ilə matçda böyük hesablı qələbə qazanıb
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında Monteneqro yığması ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən qarşılaşma Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi IV turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var. Komandamız Millətlər Liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.

Xəbər 158 dəfə oxundu.